Əlaqə Arxiv
news Image
2016.06.27
13:45
| A A A
Avropa çempionatının iştirakçısı "Qarabağ"ın düşərgəsinə qayıdıb

Albaniya millisinin heyətində Fransadakı Avropa çempionatının final mərhələsində çıxış etmiş Ansi Aqolli "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi bu gündən Ağdam komandasının məşqlərində iştirak edəcək. Aqolli AVRO-2016-da 3 oyunda meydana çıxıb və 2-də kapitan sarğısını daşıyıb. Albaniya A qrupunda 3 xalla 3-cü yeri tutsa da, 1/8 finala yüksələ bilməyib.  Qeyd edək ki, Ansi Aqolli Azərbaycan çempionatları tarixində Avropa çempionatı kimi mötəbər turnirdə iştirak edən ilk futbolçudur. 

Sizin Reklam Yeriniz