news Image
2016.06.28
18:20
| A A A
Cakkerini: "İspanlara daha çox qol vura bilərdik"

İtaliya millisinin yarımmüdafiəçisi Emmanuele Cakkerini İspaniya ilə oyundan sonra fikirlərini bölüşüb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Bologna"nın futbolçusu hesabın daha böyük ola biləcəyini qeyd edib.


"Bu oyuna hazırlaşanda hər xırdalığı nəzərə almışdıq. Dünyada ən güclü hesab etdiyim rəqibə qarşı baş məşqçi bizə düzgün taktika vermişdi. Layiqli qələbə qazandıq. Qol imkanlarımız çox idi, hesab 2:0-dan artıq ola bilərdi. Oyundan əvvəl uşaqlara dedim ki, ürəklə oynamaq lazımdır. Belə nitqi müxtəlif futbolçular söyləyir. Komandada hər kəs öz rolunu yerinə yetirir. İspaniya ilə oyunda problemlərimiz matçın sonuna yaxın, müdafiəyə oturanda oldu. Onların heyətində istedadlı futbolçular var. Amma həmin vaxta qədər görüşün taleyini həll edə bilərdik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs