news Image
2016.06.29
15:00
| A A A
Azərbaycan voleybolçuları Atatürk Hava Limanında partlayış baş verərkən İstanbulda olub

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Slovakiya ilə Avropa Liqasının final matçına yollanarkən problemlə üzləşib.


Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən verilən məlumata görə, yığma üzvləri Türkiyənin İstanbul şəhərində ikən Atatürk Hava Limanında terror aktı törədilib.


Xoşbəxtlikdən, Faiq Qarayevin baş məşqçi olduğu komanda hadisə vaxtı hava limanında olmayıb. Lakin onlar İstanbulda hələ də uçuşların bərpa olunmasını gözləyir.


AVF Türkiyəyə başsağlığı verir, terrora "yox" deyir.


Qeyd edək ki, Slovakiya ilə ilk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 3-də Bakıda olacaq./goal.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs