Əlaqə Arxiv
news Image
2016.07.01
11:10
| A A A
Avropanı mat qoyan 6 yaşlı azərbaycanlı şahmatçı

Ölkəmizdə şahmata olan maraq azyaşlılar arasında da eyni dərəcədə yüksəkdir. Onlar müxtəlif dünya səviyyəli çempionatlarda iştirak edərək, uğurlu nəticələrlə bizi sevindirməyə davam edirlər.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bu günlərdə Azərbaycanın 6 yaşlı istedadlı şahmatçısı Ziya Məmmədov 7 yaşlılar arasında çox uğurlu nəticə göstərərək, Avropa çempionu oldu. Şahmatçımız özündən böyüklər ilə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb. 


Gənc istedad 7 oyun qalib gəlib və 2 qarşılaşmanı heç-heçə ilə başa vurub. Avropa çempionatı Yunanıstanın Halkidiki şəhərində keçirilib.


Turnirin ikinci pilləsində İngiltərə millisinin bayrağı altında çıxış edən Royal Şiraz olub.  Üçüncü pillədə isə Rusiyadan Vetoxin Savva qerarlaşıb. İlk onluqda Türkiyədən 4 şahmatçı yer tutub

Sizin Reklam Yeriniz