Əlaqə Arxiv
news Image
2016.07.04
13:43
| A A A
"İslandiyanı futbol xəritəsinə saldıq"

İslandiya millisinin hücumçusu Alfred Finboqason komandasının Fransaya məğlub olduğu 1/4 final matçından sonra açıqlama verib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Finboqason islandların turnirdəki çıxışını yüksək qiymətləndirib.


"Bizim üçün fantastik keçən turnirdə acı sonluq. Oyunu ilk hissədə uduzduq. Hesab 0:2 olsaydı, biraz şansımız qalardı. Döyüşçü əzmi göstərib ikinci hissəni qalib başa vurduq. Bizim üçün ağır dərs oldu. İslandiyanı futbol xəritəsinə saldıq. Dünyanın hər yerindən insanlar bizə simpatiyasını ifadə edirdi. Turnirdəki çıxışımıza görə fəxr edirik".

Sizin Reklam Yeriniz