news Image
2012.04.22
22:17
| A A A
Riberi ilə Robben dalaşdı

Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniyanın "Real Madrid" klubu ilə ilk oyundan sonra Almaniya "Bavariya"sının 2 aparıcı futbolçusu Frank Riberi və Arien Robben dalaşıb. Mübahisəyə onların komanda yoldaşı Toni Krosun oyun zamanı yerinə yetirdiyi cərimə zərbəsi səbəb olub. Cərimə zərbəsinin pis yerinə yetirilməsindən əsəbiləşən Riberi Krosa acıqlanıb. Bu zaman Robben müdaxilə edib. Lakin fransalı oyunçu hollandiyalının araya girməsindən narazı qalıb. Nəticədə münaqişə matçdan sonra paltardəyişmə otağında davam edib və əlbəyaxaya çevrilib. Dalaşan oyunçuları komanda yoldaşları ayırıblar. Ertəsi gün klub rəhbərliyi Riberi və Robbeni izahat üçün çağırıb. Artıq tərəflər arasındakı fikir ayrılıqları yoluna qoyulub. Qeyd edək ki, aprelin 17-də keçirilmiş ilk oyunda "Bavariya" qalib gəlib – 2:1. Frank Riberi özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb və qollardan 1-ini vurub. Aryen Robben isə elə də nəzərə çarpmayıb. Cavab görüşü aprelin 25-də olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs