Əlaqə Arxiv
news Image
2017.01.09
16:57
| A A A
"Liverpool"un futbolçusu qarət olundu

"Liverpool"un yarımmüdafiəçisi Roberto Firminonun evi qarət olunub.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, futbolçu və ailəsinin evdə olmadığı vaxt malikanəyə soxulan quldurlar 70 min funt dəyərində qiymətli əşya, saat və paltar oğurlayıb. Hadisə dekabrın 22-də baş verib. Oğruların Firminonun evini uzun müddət nəzarətdə saxlaması və qarət planını öncədən planlaşdırdığı güman olunur.

Qeyd edək ki, dekabrın 24-də braziliyalı havbek içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə polis tərəfindən saxlanılmışdı. Firmino "Liverpool"da həftəlik 100 min funt qazanır.

Sizin Reklam Yeriniz