Əlaqə Arxiv
news Image
2017.01.18
13:36
| A A A
Karate üzrə Massallı rayon birinciliyi
Qaliblər məlumdur

Xəbər verdiyimiz kimi, dünən, yanvarın 16-da Masallı şəhər 3 nömrəli tam orta məktəbində Yeni Azrbaycan Partiyası Masallı Rayon Təşkilatının rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Kyokuşinkai” karate idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirib.

  Yarışda 1999-2007-ci il təvəllüdlü idmançılar qüvvəsini sınamışlar. İdmançıladan Əhməd Əliyev, Xatirə Dadaşova, Tural Əliyev, İsmayıl Quliyev, İbrahim Zeynallı, Rahid Məhərrəmov, Yusif Əzizov müxtəlif çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
  Rayon birinciliyində Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov, rayon Gənclər və İdman İdarəsinin məsul işçiləri, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və başqaları iştirak etmiş, qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıblar.

Əlihüseyn ŞÜKÜROV  

Sizin Reklam Yeriniz