Əlaqə Arxiv
news Image
2017.02.01
15:12
| A A A
Azərbaycan - Almaniya oyununun biletləri satışda

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti:

VIP – 50 AZN

1-ci kateqoriya – 19 AZN

2-ci kateqoriya – 14 AZN

3-cü kateqoriya – 9 AZN

4-cü kateqoriya – 5 AZN

5-ci kateqoriya – 2 AZN

Sizin Reklam Yeriniz