Əlaqə Arxiv
news Image
2017.02.03
12:46
| A A A
2016-cı ilin ən çox qazananlarının adı açıqlandı

"Forbes" jurnalı 2016-cı ildə dünyanın ən çox qazanan idmançılarının adlarını açıqlayıb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, siyahı tərtib olunarkən əmək haqqları, bonuslar və reklamdan gələn gəlirlər əsas götürülüb. 


Reytində 1-ci yeri "Real Madrid"in futbolçusu Kriştianu Ronaldu tutub. Portuqaliya yığmasının lideri ötən il 88 milyon dollar (56 milyon klubdan+32 milyon reklamdan) qazanıb. 

"Barcelona"nın ulduz futbolçusu Leonel Messi siyahıda 2-ci yeri tutur. Argentinalı futbolçunun gəliri 81,4 milyon dollar (53,4+28) olub. 

Basketbolçu LeBron Ceyms 77,2, tennisçi Roje Federer 67,8 milyon, basketbolçu Kevin Dürant isə 65,2 milyon dollar qazanaraq ilk "5-lik"də qərarlaşıblar.

Sizin Reklam Yeriniz