news Image
2017.02.03
18:26
| A A A
Çalhanoğlu: "Atam səhv etdiyini bilir"

Türkiyənin “Trabzonspor” klubu ilə imzaladığı müqavilənin şərtlərinə əməl etmədiyi üçün FİFA tərəfindən 4 ay müddətində futboldan uzaqlaşdırılan Türkiyə millisinin və "Bayer"in üzvü Hakan Çalhanoğlu cəza ilə bağlı açıqlama verib.

Movqe.az goal.az-a istinadən  xəbər verir, yarımmüdafiəçi sözügedən müqavilədə atasının səhvi olduğunu deyib:

"17 yaşımda "Karlsruher"nin gənclərdən ibarət komandasında oynayırdım. Həmin vaxt atam Darmştadt şəhərində "Trabzonspor" rəsmiləri ilə görüşüb, müqaviləm barədə razılığa gəlmişdi. Biz elə böyümüşük ki, atanın sözündən heç vaxt çıxa bilmərik. Ataya hörmək edirik və onun sözlərinə əməl edirik. Həmin vaxt fikrimdə futboldan başqa bir şey yox idi. Atam evə gəldi və "Hakan, bu müqaviləni imzalamalısan dedi". Atam böyük bir səhv etdiyini bilir və çox üzgündür. O, bundan sonra da mənim atam olaraq qalacaq, amma heç vaxt karyerama müdaxilə edə bilməyəcək". 

Xatırladaq ki, FİFA türkiyəli yarımmüdafiəçinin 2011-ci ildə transfer qaydalarını pozduğunu müəyyənləşdirib. Həmin vaxt "Karlsruher"in şərəfini qoruyan Çalhanoğlu "Trabzonspor"la müqavilə imzalamağa razılıq vermişdi. Sonradan fikrini dəyişən Hakan klubu ilə müqavilənin müddətini uzatmış, daha sonra "Hamburg"a keçmişdi.