Əlaqə Arxiv
news Image
2017.02.27
13:47
| A A A
UEFA prezidenti ABŞ-ı tənqid etdi

UEFA prezidenti Aleksander Çeferin "The New York Times" qəzetinə müsahibəsində futbol üzrə 2026-cı il dünya çempionatının ABŞ-da keçirilməsinə immiqeasiya siyasətininmane ola biləcəyini bildirib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, sloveniyalı qurum rəhbəri deyib ki, DÇ-2026-ya ev sahibliyi etmək üçün müxtəlif ölkələrin ərizələri gözdən keçiriləcək. Onun sözlərinə görə, əcnəbi vətəndaşların ABŞ-a səfər etmələrinə məhdudiyyətləri nəzərdə tutan sərəncamlar mundiala ev sahibliyi etmək uğrunda mübarizədə bu ölkəyə kömək olmayacaq: "İnsanlar siyasi qərarlar ucbatından dünya çempionatına gedə bilməsələr, onda belə səviyyəli turnirlər bu ölkədə keçirilməməlidir".

Qeyd edək ki, DÇ-2026-ya ev sahibliyi etməyə ABŞ-la yanaşı, İngiltərə, Qazaxıstan, Kolumbiya, Avstraliya və Yeni Zelandiya iddia edir.

Sizin Reklam Yeriniz