Əlaqə Arxiv
news Image
2017.04.13
14:53
| A A A
Ronaldo: "Vidal penaltini dəqiq yerinə yetirsəydi"

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo Çempionlar Liqasının 1/4 final mərhələsində "Bayern Munich"ə qarşı keçirilən ilk oyunda 2 qol vurmaqla komandasına qələbə qazandırıb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, matçdan sonra postuqaliyalı ulduz bunları deyib:

"Bavariya" ilə oyunda qalib gəlmək çətin vəzifədir. Amma fasilədən dərhal sonra fərqlənib vəziyyəti yoluna qoyduq. Cavab oyunu öncəsi yaxşı durumdayıq. Futbolda sürprizlər çox olur. Vidal penaltini dəqiq yerinə yetirsəydi, oyun başqa cür alına bilərdi. Mənə şübhə edənlərin az olduğunu düşünürəm. Oyunumu izləyənlər nəyə qadir olduğumu bilir".

Sizin Reklam Yeriniz