Əlaqə Arxiv
news Image
2017.04.18
11:57
| A A A
İSLAMİADA: Futbol yarışlarının təqvimi dəqiqləşdi

İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının təqvimi dəqiqləşib. 

Movqe.az goal.az-a istinadən xəbər verir ki, mayın 8-də start götürəcək yarışın ilk oyunu saat 10:30-da olacaq.

Açılış matçında Səudiyyə Ərəbistanı ilə Mərakeş üz-üzə gələcək. Bu komandalarla eyni qrupda yer alan Azərbaycan yığması bütün qarşılaşmalarına günün sonunda çıxacaq. Yaşar Vahabzadənin yetirmələrinin görüşləri saat 18:30-da başlanacaq. Bütün oyunlarımız isə “Bayıl Arena”da baş tutacaq.

Ümumilikdə, qrup matçları bu arena və “AZAL Arena”da keçiriləcək. Yarımfinalları “Dalğa Arena”, medal görüşlərini isə Tofiq Bəhramov adına Respublika stadionu qəbul edəcək.

Final mayın 21-də saat 20:00-da olacaq.

 

A qrupu

Azərbaycan

Səudiyyə Ərəbistanı

Mərakeş

Kamerun

 

B qrupu

Türkiyə

Əlcəzair

Fələstin

Oman

 

8 may

10:30. Səudiyyə Ərəbistanı – Mərakeş

AZAL Arena

 


12:30. Əlcəzair – Türkiyə

Bayıl Arena

 


16:30. Fələstin - Oman

AZAL Arena

 


18:30. Azərbaycan - Kamerun

Bayıl Arena

 


11 may

10:30. Oman – Türkiyə

AZAL Arena

 


12:30. Kamerun - Mərakeş

Bayıl Arena

 

16:30. Fələstin – Əlcəzair

AZAL Arena

 

18:30. Azərbaycan – Səudiyyə Ərəbistanı

Bayıl Arena

 

15 may

12:30. Oman – Əlcəzair

AZAL Arena

 


12:30. Türkiyə - Fələstin

Bayıl Arena

 

18:30. Kamerun – Səudiyyə Ərəbistanı

AZAL Arena

 

18:30. Mərakeş – Azərbaycan

Bayıl Arena

 

18 may

12:30. A2 – B1

Dalğa Arena

18:30. A1 – B2

Dalğa Arena

 

21 may

14:00. 3-cü yer uğrunda

Tofiq Bəhramov adına Respublika Stadionu

 

20:00. Final

Tofiq Bəhramov adına Respublika Stadionu

Sizin Reklam Yeriniz