Əlaqə Arxiv
news Image
2017.04.19
16:46
| A A A
Ramos: "Qoy, Pike PSG ilə oyunun təkrarına baxsın"

"Real Madrid"in Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Bayern Munich"ə qalib gəldiyi qarşılaşma (4:2) hakimin bir neçə səhvi ilə yadda qaldı. Matçdan sonra "Barcelona"nın müdafiəçisi Jerar Pike buna diqqəti çəkmək üçün sosial şəbəkədən paylaşım etmişdi. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Madrid klubunun kapitanı Serxio Ramos oyun və Pikenin reaksiyasına münasibət bildirib.

"Final barədə danışmaq hələ tezdir. Çempionlar Liqasının qalibi olmaq istədiyimiz məlum məsələdir. Əsas rəqiblərdən olan "Bavariya"nı mübarizədən kənarlaşdırdığımız üçün şadam. Bu turnirdə 100 oyun əla göstəricidir. Pikenin paylaşımı? Yeni bir şey deyil. Heç təəccüblənmədim. Qoy, PSG ilə oyunun təkrarına baxsın. Ola bilsin, hakimlər barədə fikrini dəyişər. Gəlin, onların "Juventus"la cavab matçını gözləyək. Ümumi götürəndə, videotəkrarların istifadə olunmasına qarşı deyiləm".

Sizin Reklam Yeriniz