news Image
2013.03.01
17:47
| A A A
Antarktikada böyük meteorit tapıldı
Antarktika qitəsinin şərqinə son 25 il ərzində düşən ən böyük meteorit tapılıb. Movqe.Az-ın məlumatına görə, Mərkəzi Brüsseldə olan Beynəlxalq Qütb Təşkilatı, 18 kiloqram ağırlığındakı meteoritin dünyaya ən çox düşən "çınqıllı meteorit'' növündən olduğunu bildirib. Elm adamları, "Belçika Şahzadəsi Elisabet Antarktika Araşdırma Mərkəzi"nin 140 kilometr cənubunda 2 min 900 metr yüksəklikdə 40 gün ərzində kəşf gəzintisi təşkil etdiklərini və bu müddətdə 425 meteorit tapdıqlarını söyləyiblər. 18 kiloqramlıq meteoritin, qitənin şərqində 1988-ci ildən bu yana tapılanların ən böyüyü olduğu, bunun xaricində qitə daxilində 2005-ci ildə 21,5 kiloluq başqa bir meteoritin də olduğu qeyd edilib. Antarktikada 1976 və ya 1977-ci ildə kəşf edilən və ağırlığı 407 kiloqram olan meteorit, bu günə qədər qitədə olanların ən böyüyü olma xüsusiyyətini daşıyır.
money.az currency