news Image
2013.03.24
13:56
| A A A
Kişmişin hansı faydaları var?
Xüsusi üzüm növündən hazırlanan bu çərəz növünün bir çox faydalı xüsusiyyətləri var. Tərkibi A, B1,B2, B3 vitaminləri, retinol, kalsium, kalium, natrium, dəmir,mis, maqnezium, bor və amin turşularıyla zəngindir. 

Kişmiş A vitamini ilə zəngin olduğuna görə, gözlərə yaxşı təsir göstərir. Tərkibində olan bor beyin funksiyalarını gücləndirir, maqnezium isə, sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyir. Tərkibindəki dəmirin zənginliyi sayəsində qanazlığına güclü təsir göstərir. 

Kişmiş saçların uzanması üçün vacib vitaminlərlə zəngin olmaqla yanaşı yaşlanmağın qarşısını alır, siqaret və içkinin zərərli təsirini azaldır. Bir çox orqanlara, əsasən də qaraciyərə faydalıdır. Qara ciyərin və həzm prosesinin aktiv fəaliyyət göstərməsinə kömək edir, qəbizliyi aradan qaldırır. Antioksidant xüsusiyyətlərə malik olan kişmiş xərçəngə qarşı da mübarizə aparır.

Kişmiş yaddaşı möhkəmləndirir, cinsi fəaliyyəti artırır. O, sinəni yumşaldır, bəlğəmi aradan qaldırır. 

Yüksək qida dəyəri olan kişmiş uşaqların inkişafına müsbət təsir göstərir, kökəlmək istəyənlər üçün faydalıdır. 50 qram kişmiş insanın gün ərzində enerjiyə olan tələbatını ödəyə bilər.