Əlaqə Arxiv
news Image
2013.04.01
16:37
| A A A
"BlackBerry" 3 milyon istifadəçisini itirib
Movqe.az xəbər verir ki, "Blackberry" yanvar ayının sonunda tanıtdığı yeni smart telefonu "Z10"un satış rəqəminin 1 milyona çatdığını açıqlayıb. Gözləniləndən daha yaxşı satış rəqəmləri əldə edən şirkət, ilk yarımil 98 milyon dollar qazanc əldə edib. Digər tərəfdən şirkətin 2012-ci ildə 3 milyon istifadəçisini itirdiyi bildirilib. Apple Android smart telefonlarına nisbətən geridə qalan "BlackBerry"in "Z10"u, şirkətin gələcəyi baxımından böyük əhəmiyyət daşıyırdı. Z10 İngiltərə, Kanada digər bazarlarda təxminən bir ay əvvəl satışa çıxarılıb. Şirkətin mərkəzi əsası ABŞ-da isə bir həftə əvvəl bazara çıxıb. 1 milyona əldə edən rəqəmdə ABŞ satışları tapılmayıb. Digər yandan "BlackBerry"in 2012-ci ildə təxminən 3 milyon istifadəçisini itirdiyi bildirilib. Bu gün 76 milyon insan tərəfindən istifadə edilən Blackberry telefonları 2012-ci ildə 79 milyon şəxs tərəfindən istifadə olunurdu.
Sizin Reklam Yeriniz