Əlaqə Arxiv
news Image
2013.08.16
16:03
| A A A
Sabah dəhşət isti olacaq
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Mövqe.az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 21-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcəyədək isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz