Əlaqə Arxiv
news Image
2012.04.03
20:17
| A A A
Tunellər tıxacla bağlanacaq
İyirmi il əvvəl Çikaqoda istifadə edilməyən yeraltı tunellərdən birində suyun bütün yeraltı sistem vasitəsilə yayılması 250 min nəfər əhalinin köçürülməsinə və 2 mlrd. dollar məbləğində zərərə səbəb olmuşdu. Oraya dolmuş suyu altı həftə ərzində boşaltmaq mümkün olmuşdur.

ABŞ-ın Milli Təhlükəsizlik Departamentində bu cür vəziyyətin öhdəsindən gəlməyə imkan verən sistem tətbiq etmək qərara gəlmişlər. Yer altında xüsusi qapı - şlüzlərin quraşdırılması çox xərc tələb edən iş olduğundan ucuz alternativ sistem hazırlamaq qərara alınmışdır.

Tunellərdə su axınlarından mühafizə olunmaq üçün bir neçə saniyə müddətində su və ya hava ilə doldurulan tıxaclardan istifadə etmək təklif olunmuşdur. Sakit okean Şimali-Qərbi Milli Laboratoriyası, Qərbi Vircinya Universiteti və ILC Dover şirkətindən olan mütəxəssislərlə əməkdaşlıq sayəsində uzunluğu 10 m, eni 5 m və həcmi 132, 5 min kubsm olan tıxac hazırlandı. Tıxac tuneldə xüsusi bir yerdə saxlanacaq və onu məsafədən doldurmaq mümkün olacaq.

Tıxacın ölçüsü tunelin diametrindən böyükdür. Bu, ona hamar olmayan müxtəlif səthləri doldurmağa imkan verir. Əvvəlcə tıxac bir laydan ibarət olsa da, bu cür konstruksiya sınağa tab gətirmədiyindən mütəxəssislər onu üç təbəqədən hazırlayıblar. İki təbəqə vektrandan, daxildəki bir təbəqə isə poliuretandan düzəldiblər.
Sizin Reklam Yeriniz