news Image
2012.06.04
17:39
| A A A
Obamaya bənzəyir deyə İrana buraxmırlar
Movqe.Az xəbər verir ki, İran, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya oxşayan azərbaycanlı Asif Mustafayevə ölkəyə girişi qadağan edib.
Moskva Bənzərlər Teatrı tərəfindən may ayında dövlət başçılarının bənzərləri şousunu üçün İrana dəvət edilən Asif Mustafayevə, İrana girdiyi anda həbs olunacağı deyilib.
May ayında Moskva Bənzərlər Teatrı tərəfindən İrana dəvət edildiyini deyən Asif Mustafayev, "Mən ABŞ prezidedenti Obamanın bənzəri olduğum üçün İrana girməyimə icazə vermədilər. Ancaq bunun səbəbinin İranın Amerika ilə münasibətləri olduğunu düşünürəm. Əvvəlcə Moskva Bənzərlər Teatrı, İrana gedəcəyim üçün mühafizə veriləcəyini söyləmişdi. Lakin getməzdən iki gün əvvəl İran tərəfindən, mənim ölkəyə girdiyim anda həbs ediləcəyim məlumatı verildi. Bu yalnız bənzərlərin qatılacağı bir şou idi. İran tərəfindən bu mövzu siyasiləşdirilir" açıqlamasını verib.
Azərbaycanın Qəbələ şəhərində yaşayan və əslində bir rəssam olan Mustafayev son zamanlarda siyasətlə məşğul olmağa başlayaraq partiyaların birində ictimaiyyətlə əlaqə şöbsində çalışır. Moskvada məşhurların bənzərləri yarışmasına qatılan Mustafayev, Obamaya bənzərliyiylə 44 namizəd arasında birinci olub. Xatırladaq ki, azərbaycanlı Obama təyyarəyə minməkdən qorxduğu üçün, bütün səfərlərində digər nəqliyyat vasitələrində istifadə edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs