news Image
2012.04.05
16:57
| A A A
Kompüter qarşısında necə qocalmayaq?

Alimlər boşuna demirlər ki, hal-hazırda kompüter dövrüdür. Bu gün kompüterdən istifadə, gündəlik həyat tərzinə çevrilib. Bir çoxumuz hər bir işimizi kompüter vasitəsiylə görürük. Lakin unutmaq lazım deyil ki, kompüterin fəsadlarıda olduqca böyükdür.

 

Bu haqda həkim-kosmetoloq Xalidə Şeyxova məlumat verdi.

 

Kompüter texnologiyalarından istifadə ancaq gözləri və onurğa sütununu korlamır. Bundan da, əlavə göz altında qırışlara, üzün solğunluğuna və s. səbəb olur. Bu isə bildiyimiz kimi, qadınların yaralı yeridir.

 

Bunlardan qorunmağın bir neçə yolu var. Öncə gərginlik hallarını aradan qaldırmaq üçün, kompüter istifadəçiləri hər bir saatdan bir işlərinə ara verməlidirlər. Bu fasilə zamanı onlar təmiz havaya çıxıb, ən azı yeddi dəfə dərin nəfəs almalıdırlar. Daha sonra isə biraz limon şirəsi əlavə olunmuş, su içməlidirlər.

 

Ən yaxşı vasitə isə üz dərisinin suvarılmasıdır. Əgər üzünüzdə heç bir makiyaj yoxdursa, sadəcə üzə su vurmaq kifayətdir.

 

İşlədiyiniz otağda hava quru olmamalıdır. Kompüterlə sıx əlaqədə olanlar, ilin hər fəsilində üzlərinə nəmləndirici kremlər çəkməlidirlər. Kompüterlə iş qurtardıqdaysa üzü limon və yaxud çobanyastığı və nanə əlavə olunmuş su ilə yumaq lazımdır.

 

Bu cür insanlara üzü sabunla yumaq olduqca ziyanlıdır. Ən əsası isə, kompüterdən istifadə edənlər bilməlidirlər ki, onlar gündəlik yemək rasionlarında pomidor və kələm istifadə etməlidirlər. Çünki almaniyalı alimlər, artıq bu tərəvəzlərin üz dərisini qoruduğunu sübut ediblər.

 

Türkan Nadirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs