Bütün var-dövlətini İŞİD-ə bağışladı
Alman Der Spiegel jurnalı, İraqın keçmiş lideri Səddam Hüseynin
qızı Raghad Hüseynin İŞİD-ə maliyyə dəstəyi təmin etdiyini iddia
edib.
Movqe.Az bildirir ki, xəbərdə İordaniyada lüks həyat yaşadığı bildirilən Hüseynin " milyonlarla dollarlıq sərvəti olduğu" və bunun bir qismini İŞİD-ə köçürdüyü iddia edilib.
Der Spiegelin, orta şərqli diplomatlara əsasladığı xəbərində, Baas rejiminin qisasını almaq istəyən Hüseynin iqtidar xəyalı qurduğunu iddia edib.