Əlaqə Arxiv
news Image
2012.08.07
15:20
| A A A
Elnur Məmmədlinin şok etirafları - VİDEO
“Bəzən yatıb qalıram və məşqə gəlmirəm. Lakin o buna göz yumur” London Yay Olimpiya oyunlarında ilk cəhdindəcə uğursuzluğa düçar olan Olimpiya çempionu Elnur Məmmədlinin idman karyerası ilə bağlı şok vidosu yayılıb.

"Qafqazinfo"nun məlumatına görə, idmançımızın gah rus dilində, arada isə Azərbaycan dilində danışdığı müsahibənin titrlarda ingilis dilində tərcüməsi verilir. Müsahibədə diqqəti çəkən əsas məqam isə Elnur Məmmədlinin məşq zamanı etdiyi "qəhrəmanlığı" öz dili ilə etiraf etməsidir: "Mənim məşqçim Ağayar Axundzadə, həm də baş məşqçidir. Bizim səmimi münasibətimiz var, bir-birimizə çox hörmət edirik. Mən çox ərköyün insanam və o, mənə həmişə güzəşt edir. Bəzən yatıb qalıram və məşqə gəlmirəm. Lakin o buna göz yumur. O, ərköyünlüyümü bilir, mənlə uşaq kimi davranır. Biz bir-birimizi çox sevirik". 
Qeyd edək ki, Elnur Məmmədlinin video-müsahibəsi "You-Tube"a bu ilin iyul ayında yüklənib.
Bu videoya onun London olimpiadasında uduzmasının mahiyyətini açan bir fakt kimi baxmaq olar.


Sizin Reklam Yeriniz