Xoşbəxt qadının şifrəsi
Mükəmməl bir gün yaşamaq üçün bir qadın gündə neçə dəqiqə işləməlidir?
Movqe.Az bildirir ki, ABŞ-da bir qadının nə
qədər işləsə "Bəli! Bu gün həqiqətən mükəmməl keçdi." deyəcəyi
araşdırılıb. İngilis "Daily Mail" qəzetində nəşr olunan xəbərə
görə, bu araşdırma 25-40 yaş arası 900 qadının iştirakıyla
reallaşdırılıb. Belə ki, bir qadının mükəmməl bir gün keçirtməsi
üçün lazımi vəsaitləri bunlardır: 106 dəqiqəsini romantizmə, 36
dəqiqəsini işə, 57 dəqiqəsini ünsiyyət qurmağa, 68 dəqiqəsini
idmana, 56 dəqiqəsini alış-verişə, 50 dəqiqəsini mətbəxdə yemək
hazırlamağa, 82 dəqiqəsini rəfiqələri ilə birlikdə keçirməyə ayıran
bir qadın ən mükəmməl gününü yaşamış qadın olur.