Heyvanlar klonlanacaq
Movqe.Az bildirir ki, Braziliya nəsli
kəsilmə təhlükəsi yaşayan, aralarında yaquar və canavarın da olduğu
8 heyvan növünü klonlamağı planlaşdırır. Braziliya Zoologiya
Baxçası ilə ortaq şəkildə layihə icra edən Braziliyanın əkinçilik
araşdırma agentliyi "Embrapa", klonlanacaq heyvanların heç birinin
kritik səviyyədə yox olma təhlükəsiylə qarşı-qarşıya olmadığını
açıqlayıb. Araşdırma üçün bu günə qədər çox heyvan skeletlərinə
təxminən 420 toxuma nümunəsi yığdıqlarını bildirən mütəxəssislər,
araşdırdıqları heyvanların Cerradodakı geniş çöllərdə yaşadığını,
nəsli tükənmə təhlükə ilə qarşı-qarşıya olduğu üçün klonlama
əməliyyatından sonra da nəzarət altında tutulacaqlarını qeyd
ediblər.