news Image
2016.06.11
16:30
| A A A
Bütün dünya onlardan danışır - 54 milyonluq səyahətin fotoları
Bütün dünya onlardan danışır - 54 milyonluq səyahətin fotolarıDörd nəfərlik bir ailə doqquz aydır yollardadır. Ölkələri qarış-qarış dolaşan ailə köpək balıqları ilə üzür, mavi okeanların dərinliklərinə baş vurur, istəyəndə dağlara belə dırmanırlar. 

Movqe.az xarici axşam.az-a istinadən xəbər verir ki, 25 yaşlı Garrett Gee özündən 4 yaş böyük arvadı Jessica və uşaqları - 3 yaşlı Dorothy və 1 yaşlı Manilla ilə birlikdə xəyal etdiyi tətili gerçəkləşdirib. Şans bu ailənin üzünə ötən ilin sentyabrında gülüb. Garrett Gee mobil telefonu üçün yaratdığı yeniliyi "Snapchate" şirkətinə satıb və bunun müqabilində 54 milyon dollar qazanıb. Ailə başçısı illərdir arzusunda olduğu dünya səyahətini qazandığı pulların sayəsində gerçəkləşdirə bilib. Gee və arvadı uşaqlarını yanlarına alaraq, Tonqa, Yeni Zellandiya, Avstraliya, Tailand və bir çox ölkələri gəzməyə davam edir. Səyahət zamanı cütlük çəkdirdikləri maraqlı fotoları İnstaqram və Youtube kanalında yaratdıqları "The Bucket List Family" səhifəsindən paylaşırlar.

İndi bütün dünya onların qazandığı puldan və qeyri-adi səyahətindən danışır.

 
 
 
 
 
 
 
 



 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs