Dünyanın ən uzun pişiyi öldü
Movqe.Az bildirir ki, Dünyanın ən uzun ev
pişiyi "Stewie" 8 yaşında öldü. "Stewie" 2010-cu ildə
1.23 metrlik bədən uzunluğuyla "Guinness" rekordlar kitabına düşüb.
O, son bir ildir ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
"Stewie"nin sahibi Robin Hendrikson ölüm xəbərini pişiyinin
"Facebook" hesabından paylaşıb. Hendrikson, "Stewie çox ictimai bir
pişik idi, insanlarla tanış olmağı çox sevərdi. Bir çox adamın
həyatına girdi." deyib. "Stewie"nin pərəstişkarları "Facebook"
səhifəsindən kədərlərini bölüşüblər. "Stewie" "ən uzun quyruq"
rekordunun da sahibidir.