news Image
2012.04.03
18:52
| A A A
"Bölgə ölkələrinin hamısı ziyan çəkəcək"
Türkiyənin baş naziri İran səfərindən qayıtdı İrana səfərindən srağagün axşam qayıdan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hava limanında jurnalistlərə keçirdiyi görüşlər barədə açıqlama verib. Nazir bildirib ki, bölgədə sabitliyin pozulmasından bütün ölkələr zərər çəkə bilər. "Reallıq budur ki, bölgəmizdə özünü göstərən istənilən qeyri-sabitlik ünsürü Türkiyə və İran da daxil olmaqla, bölgə ölkələrinin hamısına öz təsirini göstərəcək, hamısına birdən ziyan vuracaq. İranlı rəsmilərlə keçirdiyimiz görüşlərdə bunu açıq şəkildə ifadə etdik və bu məsələdə həmrəy olduğumuzu bir daha müəyyənləşdirdik" - Türkiyənin baş naziri belə deyib. Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki, görüşlərdə İranın nüvə proqramı da müzakirə edilib və Türkiyə bu məsələnin diplomatik yolla həllini asanlaşdırmaq üçün öz təşəbbüslərini davam etdirəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs