news Image
2012.06.01
17:52
| A A A
Nə, Maykl Cekson öldü?
Movqe.Az xəbər verir ki, turist kimi Şimali Koreyaya girən iki İngilis jurnalist qarşılaşdıqları maraqlı hadisələri yayımlayıblar.
Şimali Koreyaya iş adamı simasında girən "The Sun" qəzetinin əməkdaşları Aleks Peak və Simon Cons maraqlı hadisələrlə zəngin 1 həftə keçirib.
Peak və Cons öncə İngilis turizm firması olan "Lupine Travel"in Çindəki əlaqələrini sayəsində viza almağı bacarıblar. Saxta iş ünvanları və telefonlarla firmanı aldadan Peak və Cons Çin sərhədindən Şimali Koreyaya keçiblər. Onların sözlərinə görə sərhəddə olan Sinuiju qəsəbəsindəki 6 mərtəbəli binalar Çindən yeni və qəşəng mənzillər kimi görünür. Ancaq içərisində kimsə yaşamır. Binaların pəncərələri də yoxdur. Yalnız Şimali Koreyanın zəngin görünməsi üçün tikilən binaların xaricində ərazidəə bir çox müşahidə qülləsi var. Əsgərlər sərhədi keçmək istəyənlərə odlu silahdan atəş açmaq icazəsinə sahib.
"TİTANİK"ə İCAZƏ VAR
Qəsəbədə yaşayanların hamısı keçmiş liderləri II Kim Jong xatirəsinə onun şəkilinin olduğu rozetlər taxır. Kimsənin gülmədiyi qəsəbədə insanlar yerə baxaraq gedir. Qatarla 6 saatlıq bir səfər edən jurnalistlər paytaxt Pyongyanga çatıblar. Şəhərdəki 47 mərtəbəli Yanggakdo adlı otelə yerləşiblər. Otel şəhərdə turistlər üçün ayrılan iki oteldən biridir. Oteldə olan 6 liftdən heç biri 5-ci mərtəbədə dayanmır. İşçilərin yaşadığı 5ci mərtəbədən başqa bir maraqlı detal da nəzərləri cəlb edib. Oteldə olan televizorlar yalnız rejimi təbliğ etməklə məşğuldur. Ölkədə 3 xarici filmin yayımına icazə var. Bunlar "Şən Günlər", "Evdə Tək başına" və Titanik filmləridir.
Qərbə qarşı olmasina baxmayaraq Şimali Koreyada hamburger və pizza restoranları var. "Gənclik Restoranı" adlı hamburqer yeməkxanası turistlərin də ən çox gəldiyi yerdir. Şəhərdəki nəhəng kitabxanada isə 25 milyon kitab olduğu deyilir. Əgər bu rəqəm doğrudursa həmin kitabxana dünyanın ən böyük kitabxanası olur.
Şimali Koreyalılar "Beatles" musiqi qrupunu sevərək dinlədiklərini söyləyir. Ancaq qrup üzvü John Lennonu tanımırlar. Maykl Ceksonu da sevən Şimali Koreyalılar jurnalistlərdən müğənninin öldüyünü eşidincə çaşıblar. Pyongyangdakı metronun 2 xətti və 17 stansiyası var. Amma verilən məlumata görə qatarlar yalnız 3 stansiyada dayanır. Metronun bir başqa maraqlı cəhəti isə ayda ortalama 29 sterlinq qazanan Şimali Koreyalıların heç birinin ona minməməsidir. Metroya minənləri turistləri cəlb etmək üçün rəsmilər tərəfindən idarə edilən aktyor və aktrisalar olduğu deyilir.
SAAT 23:00 - "YATMAQ VAXTIDIR!
24 milyon əhalisi olan Şimali Koreyanın paytaxtında işıqlar axşam saat 23.00-da sönür. O saatdan sonra yalnız liderlərin heykəlləri işıqlandırılır. Şəhərin prospektlərində gəzən mavi mikroavtobuslar isə bütün gün meqafonlardan "daha möhkəm işlə" deyə səslənir.
Jurnalistləri narahat edən reallıqlardan biri ölkədə heyvanlarla pis rəftardır. Turistlərin aparıldığı sirklərin birində meymunlar və ayılar konki ilə şou göstərir, ipdən tullanır, basketbol oynayır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs