Əlaqə Arxiv
news Image
2020.11.10
12:45
| A A A
Müharibədən qaçmağın bir yolu var idi - Paşinyan
Sentyabrın 27-də atəşkəsin imzalanması ətraf yeddi rayonun Azərbaycana verilməsini nəzərdə tuturdu və biz buna gedə bilməzdik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində canlı yayım zamanı deyib. O bildirib ki, müharibədən qaçmağın bir yolu var idi: "Bu yol Qarabağın statusu müəyyən olunmadan beş rayonun verilməsi idi. Bu irs bizə əvvəlki hökumətdən qalmışdı. 1994-95-ci illərdən başlayaraq, yalnız bir şey aydın idi: yeddi rayonu Azərbaycana vermək lazım idi. Danışıqlarda tək dəqiq tezis bu idi".
Sizin Reklam Yeriniz