Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışlar davam edir.
Movqe.az-ın trend-ə istinadən məlumatına görə, bu gün kişi həndbolçulardan ibarət komandalar arasında 5-6 və 7-8-ci yerlər uğrunda oyunlar keçiriləcək.
TƏQVİM:
09:00 - 10:35 |
Kişilər - komanda 7-8-ci yerlər uğrunda oyun |
11:15 - 12:50 |
Kişilər - komanda 5-6-cı yerlər uğrunda oyun |
Yarışların 5-ci günündə tennis yarışlarına start veriləcək. Kişilər və qadın idmançılar seçmə mərhələsində mübarizəyə başlayacaqlar.
TƏQVİM:
10:00 - 17:00 |
Kişilər - komanda A qrupu seçmə mərhələsi |
Kişilər - komanda B qrupu seçmə mərhələsi |
|
Qadınlar - komanda B qrupu seçmə mərhələsi |
Həmçinin voleybol yarışları çərçivəsində Qətər Əlcəzair, İran kollektivi isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
TƏQVİM:
10:00 - 12:30 |
Kişilər - komanda qrup oyunu B1 (Qətər - Əlcəzair) |
12:30 - 15:00 |
Kişilər - komanda qrup oyunu B2 (İran - Səudiyyə Ərəbistanı) |
Bu gün, həmçinin bədii gimnastika yarışlarına start veriləcək. Birinci gün halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi keçiriləcək.
Azərbaycanı bədii gimnastika yarışlarında Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edəcəklər.
TƏQVİM:
12:00 - 14:00 |
Qadınlar - halqa təsnifat mərhələsi |
Qadınlar - top təsnifat mərhələsi |
Həmçinin 4 çəki dərəcəsində boks yarışları başlayacaq. Azərbaycanı 60 kq çəki dərəcəsində Cavid Çələbiyev, 69 kq-da Tamerlan Abdullayev, 75 kq-da Kamran Şahsuvarlı, +91 kq-da isə Məhəmmədrəsul Məcidov təmsil edəcək.
TƏQVİM:
12:00 - 15:15 |
Kişilər - yüngül çəki (60 kq) |
Kişilər - yarım-orta çəki (69 kq) |
|
Kişilər - orta çəki (75 kq) |
|
Kişilər - superağır çəki (+91 kq) |
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək.