Əlaqə Arxiv
news Image
2017.06.04
13:30
| A A A
Buffon: "Hər şeyin belə başa çatması bizi şoka saldı"

 

"Juventus"un qapıçısı Canluici Buffon Çempionlar Liqasının finalında buraxılan topların sayına görə Edvin van der Saarın antirekordunu yeniləyib. İtaliyalı qolkiper "Real"la oyunda turnirin finalında 7-ci topu qapısında görüb. Movqe.az goal.az-a istinadla xəbər verir ki, matçdan sonra Buffon bunları deyib:

"Çempionlar Liqasını qazanmaq üçün əlimizdən gələni etdiyimizə inanırıq. Bu səbəbdən çox məyus olmuşuq. Birinci hissədə gözəl oyun nümayiş etdirib "Real"a xeyli problemlər yaratdıq. Hər şeyin belə başa çatması bizi şoka saldı. Belə turnirdə çempion olmaq üçün istənilən maneəni aradan qaldırmaq lazımdır. Ola bilsin, ilk yarıda çox güc sərf edib istənilən nəticəni görmədik. İkinci hissədə "Real"ın ustalığı, gücü və bacarığı tam mənada üzə çıxdı. Onlar layiqli qələbə qazandılar".

Sizin Reklam Yeriniz