Əlaqə Arxiv
news Image
2017.06.06
14:55
| A A A
"Azərbaycana qarşı oynamaq çətin olacaq"

Şimali İrlandiya milli komandasının futbolçusu Aaron Hyuz Azərbaycan yığması ilə iyunun 10-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışıb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 38 yaşlı müdafiəçi bildirib ki, tsikl sona yaxınlaşdıqca rəqibdən asılı olmayaraq, hər bir oyun əvvəlkindən daha vacib olur: "Azərbaycanda ağır şərtlər altında oynayacağıq. Bu komandaya qarşı çıxış etmək çətin olacaq. Rəqibə etinasız yanaşmayacağıq. Çünki bu halda bilirsiniz ki, qalib gəlsəniz, hədəfinizə və mükafatınıza çatırsınız. "2013-cü ildə Azərbaycanla oyuna yollanmamışdım, amma 2005-ci ildə orada idim. Həmin görüş qolsuz yekunlaşmışdı. Yadımdadır ki, rəqibin baş məşqçisi Karlos Alberto Torres oyundan sonra komandamız haqda elə də yaxşı fikirlər səsləndirməmişdi".Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq. Zədəli Kreyq Ketkartın yoxluğunda Aaron Hyuzun start heyətdə yer alacağı gözlənilib. 

Sizin Reklam Yeriniz