Əlaqə Arxiv
news Image
2017.06.06
17:57
| A A A
"FİFA 2022 dünya çempionatını Qətərdən ala bilər"

Rusiya Futbol İttifaqının fəxri prezident Vyaçeslav Koloskov Qətərin 2022 dünya çempionatının ev sahibliyi hüququndan məhrum olunması ehtimalına münasibət bildirib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, rusiyalı funksioner bunun nəzəri cəhətdən mümkün olduğunu bildirib.

"Nəzəri baxımdan FİFA 2022 dünya çempionatını Qətərdən ala bilər. Amma praktiki baxımdan bunun baş verməsi mümkün görünmür. Qətərə qarşı qonşu dövlətlərin irəli sürdüyü ittiham çox ciddidir. Lakin dünya çempionatına kimi hələ 5 il var. Həmin vaxta qədər şeyxlər öz aralarında danışıb razılığa gələcək. Buna görə həyəcan siqnalı vermək hələ tezdir. Hadisələrin necə cərəyan edəcəyini izləmək lazımdır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb ölkəsi Qətəri terrorizmə dəstək verməkdə ittiham edir.

Sizin Reklam Yeriniz