Əlaqə Arxiv
news Image
2017.06.23
14:12
| A A A
Tovuz rayonu növbəti yarışa ev sahibliyi edəcək

Avropa.info xəbər verir ki, vətənimizin mərd oğlanlarından olan, torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Zaur Axundovun xatirəsinə həsr olunmuş Tovuz rayon Açıq birinciliyi keçiriləcək.
27-28 iyun tarixlərində uşaq, yeniyetmə və gənc taekvondoçular arasında təşkil olunan yarışın məqsədi, bölgələrimizdə taekvondo idman növünün təbliği və inkişafına nail olmaq, eləcə də idmançıların təcrübələrinin və ustalıq səviyyəsinin artırılmasıdır.
2006-2007, 2008-2009-çı il təvəllüdlü uşaqlar, 2003-2005-cü il təvəllüdlü yeniyetmələr (2003-2005) və 2000-2002 –ci il təvəllüdlü gənclər arasında təşkil edilən turnirdə Azərbaycan Taekvondo Federasiyasının üzvü olan, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları qatılacaq. “DAEDO İnternational” taekvondo sistemilə keçirələcək yarış Tovuz rayon Olimpiya İdman Kompleksində baş tutacaq.
Yarışda bütün yaş qrupları və hər çəki dərəcə üzrə fəxri yerləri tutmuş idmançılar Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunacaq.

 

Sizin Reklam Yeriniz