“Manchester City”nin futbolçusu 8 aydan sonra döndü
“Manchester City”nin futbolçusu İlkay Gündoğan uzun fasilədən sonra yaşıl meydanlara dönüb.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən Almaniya millisinin oyunçusu komandasının yoxlama matçında forma geyinib. "Şəhərlilər”in İspaniya “Jirona”sını 1:0 hesabı ilə üstələdiyi görüşdə o, meydana çıxaraq 8 aylıq həsrətinə son qoyub. Gündoğan qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm “Watford”la Premyer Liqa matçında sağ dizinin bağlarının zədələnməsindən sonra cərrahiyə əməliyyatına məruz qalmışdı.