Əlaqə Arxiv
news Image
2017.10.02
11:46
| A A A
Konte: "İngiltərədə titulu qorumaq çətindir"

İngiltərə Premyer Liqasının 7-ci turunda "Manchester City"ni qəbul edən "Chelsea" minimal hesabla uduzub. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən "zadəganlar"ın baş məşqçisi Antonio Konte bunları deyib:

"Premyer Liqada istənilən klub üçün titulunu qorumaq çətindir. Mən "Juventus"la skudettonu qazanmışdım. Növbəti mövsüm "Milan"ın bizlə rəqabət aparacağını gözləyirdim. Onlar isə İbrahimoviç və Tyaqo Silvanı PSG-yə satıb zəiflədilər. Skudettonu ardıcıl 2-ci dəfə qazanmaq asan olmasa da, 1-ci çempionluqdan daha az güc sərf etdik. İngiltərədə isə top-klublar ötən illə müqayisədə çox güclənib".

Sizin Reklam Yeriniz