Əlaqə Arxiv
news Image
2017.10.16
17:14
| A A A
“Qarabağ” - “Atletico” matçında fransız hakim

“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasınının II turu çərçivəsində İspaniya təmsilçisi “Atletico”ya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı fransalı hakimlər birqadası idarə edəcək.

Baş hakim Ruddi Buke ikinci dəfə Bakıda fit çalacaq. 40 yaşlı referi daha əvvəl Azərbaycan milli komandasının 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Xorvatiya yığması ilə Bakı Olimpiya Stadionunda baş tutan görüşdə iş başında olub. Buke 3 sentyabr 2015-ci ildə keçirilən və 0:0 hesabı ilə nəticələnən matçda azərbaycanlı futbolçular - Kamran Ağayevlə Ruslan Qurbanovu, eləcə də “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevi sarı vərəqə ilə cəzalandırıb. O, Xorvatiyanın da eyni sayda oyunçusuna “sarı” göstərib. 

Çempionlar Liqası

C qrupu, III tur

18 oktyabr

20:00. "Qarabağ" (Azərbaycan) - "Atletico" (Madrid, İspaniya)

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano

Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö

Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)

Sizin Reklam Yeriniz