Dimitri Nazarov ağır cəzalandı
Almaniya Futbol İttifaqının İntizam Komitəsi Azərbaycan millisinin yarımmüdafiəçisi Dimitri Nazarovu cəzalandırıb.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, buna səbəb “Ertsqebirqe Aue”nin formasını geyinən 27 yaşlı hücumçunun II Bundesliqanın XI turunda “Regensburg”la ev oyunu zamanı birbaşa qırmızı vərəqə almasıdır.
Nazarov komandasının 1:0 hesabı ilə qalib gəldiyi matçın 20-ci dəqiqəsində aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpıb. Nəticədə o, meydandan qovulub. İntizam Komitəsi futbolçunu 3 oyunluq cəzaya, klubunu 3 min avro cəriməyə məruz qoyub.
Qeyd edək ki, 11 oyundan sonra hesabında 16 xal olan “Ertsqebirqe Aue” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.