Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
E, F, G və H qruplarında VI tur çərçivəsində baş tutacaq matçlardan sonra 1/8 finala vəsiqə qazanan bütün komandalar bəlli olacaq.
Bu gün meydana çıxacaq kollektivlərdən "Manchester City", “Beşiktaş”, “Real Madrid” və “Tottenham” artıq pley-offa yüksəlib. Son 4 vəsiqəyə isə 7 komanda - "Liverpool", "Sevilla", "Spartak", "Shakhta", "Napoli", "Porto" və "Leipsig" iddia edir.
“Liverpool”u “Spartak”la matçda heç-heçə də qane edir. Moskvalılar İngiltərədə qalib gələ bilməsələr, “Sevilla” uduzsa belə, yoluna davam edəcək.
“Schakhtar”un taleyi öz əlindədir. Ukrayna təmsilçisinə “Manchester City” ilə dueldə heç-heçə də kifayət edir.
“Porto” “Monaco”nu üstələsə, 1/8 finala yüksələcək. “Leipsig” isə “Beşiktaş”ı məğlub edib, portuqaliyalıların xal itirməsinə ümid bəsləməlidir.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
6 dekabr
E qrupu
"Liverpool" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya)
"Maribor" (Sloveniya) - "Sevilla" (İspaniya)
Xal durumu: "Liverpool" - 9, "Sevilla" - 8, "Spartak" - 6, "Maribor" - 2.
F qrupu
"Shakhtar" (Ukrayna) - "Manchester City" (İngiltərə)
"Napoli" (İtaliya) - "Feyenoord" (Hollandiya)
Xal durumu: "Manchester City" - 15, "Shakhtar" - 9, "Napoli" - 6, "Feyenoord" - 0.
G qrupu
"Porto" (Portuqaliya) - "Monaco" (Fransa)
"Leipsig" (Almaniya) - "Beşiktaş" (Türkiyə)
Xal durumu: "Beşiktaş" - 11, "Porto" - 7, "Leipsig" - 7, "Monaco" - 2.
H qrupu
"Real Madrid" (İspaniya) - "Borussia" (Dortmund, Almaniya)
"Tottenham" (İngiltərə) - APOEL (Kipr)
Xal durumu: "Tottenham" - 13, "Real Madrid" - 10, "Borussia" - 2, APOEL - 2.