Əlaqə Arxiv
news Image
2017.12.08
12:27
| A A A
İngiltərədə videotəkrar sistemindən nə vaxt istifadə olunacaq?

İngiltərə futbolunda videotəkrar sistemindən (VAR) istifadə olunacaq tarix açıqlanıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, britaniyalılar ilk dəfə texnologiyanın köməyindən 2018-ci il yanvarın 6-da yararlanacaqlar.

İngiltərə Kubokunun III mərhələsi çərçivəsində keçiriləcək “Brayton” – “Cristal Palace” görüşündə hakimlər mübahisəli epizodlar zamanı videotəkrara müraciət edəcəklər.

Qeyd edək ki, hazırda sınaq mərhələsində olan VAR sistemindən İtaliya, Almaniya, Portuqaliya və daha bir neçə ölkədə istifadə olunur. 

Sizin Reklam Yeriniz