Əlaqə Arxiv
news Image
2017.12.08
13:11
| A A A
“Səbail” “Qarabağ”ı qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış bir oyun keçiriləcək.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, debütant “Səbail” lider “Qarabağ”ı qəbul edəcək.

Bu kollektivlərin X tura təsadüf edən ilk duelində Ağdam komandası qalib gəlib. “Köhlən atlar”a qələbə qazandıran yeganə qola 89-cu dəqiqədə Əfran İsmayılov imza atıb. Hazırda 34 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ” “Bayıl Arena”da baş tutacaq görüşün də favoritidir.

Geridə qalan 13 oyundan 13 xal toplayan və 6-cı yerdə olan “Səbail”i liderlə qarşılaşmada heç-heçə də qane edir. Lakin artıq Çempionlar Liqası ilə vidalaşan ağdamlılar önündə duruş gətirmək çətin olacaq.

Azərbaycan Premyer Liqası

8 dekabr (cümə)

19:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. “Bayıl Arena”

Sizin Reklam Yeriniz