35 yaşlı çempion dünyasını dəyişdi
Meksikalı olimpiada çempionu Soraya Jimenez 35 yaşında vəfat etdi.
Movqe.Az-ın məlumatına görə, Meksika Milli
İdman Komitəsinin direktoru Nelson Varqas, gənc ağır atletika
idmançısının infarkt səbəbiylə öldüyünü bildirib. Jimenez, 2000
Sidney Olimpiada oyunlarında qızıl medal qazanıb. Keçirdiyi bir
sıra narahatlıq nəticəsində idmanı buraxan Jimenez, televiziyada
idman müxbiri olaraq çalışırdı.