Benzemanın satış qiyməti bəllidir
"Real" qarşıdan gələn yayda fransız hücumçusu Kerim Benzema ilə yollarını ayırmaq niyyətindədir.
Mvqe.az goal.az-a istinadən xəbər verir ki, məlumata görə, "Kral klubu" 30 yaşlı futbolçudan 50 milyon avro qazanacağına ümid edir. "Kral klubu"nun prezidenti Florentino Peres PSJ-nin braziliyalı hücumçusu Neymarın kluba transferi sazişinə görə Benzemanı transfer etməyi arzu edir.
Benzema İspaniyanın cari çempionatının 22 matçında 4 qol vurub.