İker Kasilyas 1000-ə çatdı
"Porto"nun qapıçısı İker Kasilyas Portuqaliya çempionatının 28-ci turunda "Belenenses"lə oyunda 90 dəqiqə meydanda olub. Goal.az xəbər verir ki, bununla da 36 yaşlı qolkiper peşəkar karyerasında 1000-ci oyununu keçirib. Kasilyas bu göstəriciyə çatan 2-ci ispan futbolçudur. Təcrübəli əlcək ustası "Real"da 725, "Porto"da 108, İspaniya millisində isə 167 oyuna çıxıb. Bu oyunların 385-də Kasilyas qapısıını toxunulmaz saxlaya bilib.