Əlaqə Arxiv
news Image
2018.05.07
13:26
| A A A
Azərbaycan triatlonçusu Dünya Kubokunun qalibi oldu

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Çinin Çenqdu şəhərində Dünya Kubokunun qalibi olub.Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, 31 yaşlı idmançı yarışın ilk mərhələsində 5-ci yeri tutub və finala yüksəlib. O, finalda 500 metrlik su məsafəsini 6 dəqiqə 29 saniyəyə başa vurub. Ardınca 10 kilometr məsafəyə veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə Pevtsov 7 dəqiqə 3 saniyəlik nəticə göstərib. Yığma üzvü ümumi hesablamada 28 dəqiqə 18 saniyə vaxt göstəricisi ilə birinci yerə layiq görülüb. 

 

Sizin Reklam Yeriniz