Əlaqə Arxiv
news Image
2018.05.28
17:00
| A A A
Prosineçki Azərbaycan yığmasındakı ənənəsini Bosniya və Herseqovina yığmasında da davam etdirib

Baş məşqçi Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasındakı ənənəsinə hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina yığmasında da sadiq qalıb.

"Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis Monteneqro ilə yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında komandanın start heyətini açıqlayıb. "11-liy"ə bir neçə gün əvvəl "Qarabağ"la yollarını ayıran qapıçı İbrahim Şehiç də daxil edilib.
Qeyd edək ki, bu gün keçiriləcək Bosniya Herseqovina - Monteneqro matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, meydan sahiblərinin futbolçuları Zvezdan Misimoviç, Vedad İbişeviç və Emir Spaxiçin millidə son oyunu olacaq. Robert Prosineçki Azərbaycan yığmasında 2014 - 2017-ci illərdə çalışıb.   

Sizin Reklam Yeriniz