Əlaqə Arxiv
news Image
2018.06.07
19:30
| A A A
KİV: Ronaldu "Real Madrid" klubunu tərk etməyi qərara alıb

 İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldu komandanı tərk etməyi qərara alıb. 

"Report" "Record"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun qərarı qətidir. Bu, onunla bağlıdır ki, Ronaldu klub rəhbərliyinin, daha dəqiqi, prezident Florentino Peres və baş direktor Xose Anxel Sançesi hərəkətlərindən narazıdır. Bugünlərdə hər iki şəxs futbolçunun maliyyə istəklərini təmin edə bilməyəcəklərini portuqaliyalı forvardın agenti Jorje Mendeşə bildiriblər. 
Ronaldu hesab edir ki, Peres onu aldadıb. Onun fikrincə, bir müddət əvvəl daha yaxşı şərtlərlə müqavilənin uzadılmasına dair razılıq əldə olunubmuş. 
Qeyd edək ki, mətbuatda Fransanın PSJ klubunun Kriştianu Ronalduya illik 45 milyon avro maaş ödəməyə hazır olduğu yazılıb. Ronaldunun "Real Madrid"lə hazırkı müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub. O, ildə 21 milyon avro qazanır. 

Sizin Reklam Yeriniz