Əlaqə Arxiv
news Image
2018.06.20
13:22
| A A A
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazanıb

 Macarıstanın Qyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib. Yunan-Roma güləşçilərindən Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. Əli Əlizadə (68 kq) isə bürünc medala yiyələnib. 

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) sahib olub.  Görüşləri idarə edənlər arasında azərbaycanlı milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev də yer alıb. 

Sizin Reklam Yeriniz